SİZİN REKLAM BURADA

“Bakıdan göz yaşları və mütləq qayıtmaq fikri ilə ayrıldım” - MÜSAHİBƏ

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) marketinq meneceri Yekaterina Privalova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin aprelindən BAOƏK-də çalışan rusiyalı mütəxəssis yarışın təşkilatçılığından və ölkəmizdə gördüyü işlərdən danışıb.

 

- Bakı-2015-də hansı işlə məşğul olurduz?

- Məni ora kommersiya departamentinin direktoru dəvət etmişdi. BAOƏK-də marketinq üzrə menecer vəzifəsində çalışırdım. Biz insanlara Avropa Oyunları barədə məlumat verirdik ki, onların bilet alıb, idman sessiyalarını izləmək istəyi yaransın. 2014-cü ilin aprelində ilk dəfə Bakıya yollandım. Azərbaycandan təklif aldığım vaxt Soçi Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin marketinq departamentinin baş meneceri idim. Bakıda isə bir qədər fərqli sferanı seçdim. Bu daha çox Oyunların reklamı və təbliğatına yönəlmişdi. Mən könüllülərlə məşğul olurdum. Bu, Azərbaycan üçün yeni sahə idi. Biz könüllülərin mədəniyyətini yaradır, bura gəncləri dəvət edirdik. Düşünürəm ki, bunun öhdəsindən gəldik. Məşəlin Azərbaycan rayonlarına estafeti ilə də məşğul oldum. Şəxsən özüm 15-ə yaxın böyük şəhərdə oldum. Bu müddətdə özüm üçün bu ölkənin qəlbini və tarixini kəşf etdim. Əgər nə vaxtsa ora getsəz, hökmən Şəki, Naxçıvan, Mingəçevir, Quba və Qəbələyə baş çəkərsiz. Bilet proqramı bizim əsas layihələrimizdən biri idi. Biz insanlara Avropa Oyunlarını tanıdıb-öyrətməliydik. Bu proqramı Avropa Oyunları üçün Soçi-2014-ün müvafiq komandası həll edirdi. Bunun da rəhbəri Anna Baqrova idi. Oyunlarda unikal komanda toplaşmışdı. Çünki Təşkilat Komitəsinin təxminən yarısı böyük yarışlar təcrübəsi olan əcnəbilər idi. Bizə ümumilikdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edirdi. O, bu işi çox gözəl bacarırdı. Həmçinin, unikal insandı və hər detalla maraqlanırdı. İnanılmaz dərəcədə peşəkardı, diqqətlidi və ingilis dilini əla bilir. Rəhimov orada çalışanlar haqda hər şeyi bilirdi.

 

- Oyunlar necə keçdi və nəyi fərqləndirə bilərsiz?

- Açılış mərasimi möhtəşəm və özünəxas idi. Onlar öz spesifik koloritini və Şərq ruhunu saxlamağa nail olmuşdular. Orada Azərbaycan və digər 17 ölkədən olan 2000-dən artıq könüllü iştirak edirdi. Həmin insanlar 600-dən artıq məşq keçmişdilər. Həmçinin, çoxsaylı qonaqlar vardı. Rusiyalı idmançıların mükafatlandırıldığı Azarkeşlər evi də çox möhtəşəm idi. Bizi ora dəvət edəndə xoş oldu. Vətənpərvərliyimiz aşıb-daşırdı. Qürurdan dolan göz yaşlarımızın axmasını güclə saxladıq. Rusiya Olimpiya Komitəsi hər şeyi çox yaxşı şəkildə təşkil etmişdi və idmançılarımız da onların etimadını doğrultdu.

 

- Bakı haqda hansı təəssüratlarınız var?

- Bizim Azərbaycan və orada yaşayan insanlar haqda çox stereotip təsəvvürlərimiz var. Bizdə azərbaycanlıların özü haqda təsəvvürlər düzgün deyil. Onlar Rusiyaya alver etmək üçün gələnlər deyil. Tam fərqli insanlardı. Bunlar 3 ali təhsili olan şəxslərdi. Həmin şəxslər danışıq zamanı asanlıqla ingilisə keçir, əksəriyyəti rus, türk və ingilis dillərini bilir və bu bir norma sayılır. Azərbaycanlılar unikal dərəcədə inkişaf edib və hər şeyi tez qavrayırlar. Onların yaşlı nəslə münasibəti də çox sevindiricidi. Qonaqpərvərlik isə həmişə birinci sırada olub. Ölkə böyük templə inkişaf edir. Uşaqlar ölkə xaricində təhsil alırsa, həmişə qayıdıb Bakıda çalışırlar. Paytaxt özü isə inanılmaz dərəcədə gözəldi. Mən özüm ilk dəfə idi orada olurdum. Amma Kazan Federal Universitetinin Dövlət və Bələdiyyə İdarəçiliyi Ali Məktəbinin direktoru olan atam İqor Privalov əslən Lökbatandandı. Bura Bakıdan 15 km aralıdı. İndi təəssüflənirəm ki, Avropa Oyunlarında kimi orada olmamışdım. İlyarıma yaxın müddət sanki bir gün kimi ötüb getdi. Milli mətbəx, yerli insanların qonaqpərvərliyi – mən oradan göz yaşları və mütləq qayıtmaq fikri ilə ayrıldım.

 

- Bəs ümumi təşkilatçılıqla bağlı fikirlərini necədi? İdmançıların fikirləri ilə tanışsızmı?

- Bizim qarşıladığımız idmançılar hər şeyin yüksək səviyyədə olduğunu deyirdilər. Həqiqətən də həm biz, həm azərbaycanlılar bu Oyunlara ürəyimizi qoymuşduq. Azərbaycanlılar yarışların möhtəşəmliyi üçün dünyanın hər yerindən ən yaxşı mütəxəssisləri toplamışdılar. Atletlər kəndi də idmançıların xoşuna gəlmişdi. Siz görsəydiz, heyran olardız. Təşkilatçılığa “5+” vermək də azdır.

 

- Soçi Olimpiadası ilə müqayisədə Avropa Oyunları nə ilə fərqləndi?

- Soçi Olimpiadası Qış Oyunları idi və bizim idi. Bakıda isə I Avropa Oyunları olduğundan birinci səviyyədə təşkil etmək istədik. Fərq onda idi ki, Bakıda personalın yarısını yerli, yarısını əcnəbilər təşkil edirdi. Bu da ondan irəli gəlirdi ki, gəlmələr öz bilik və təcrübəsini azərbaycanlılarla bölüşsün. Rusiyada isə biz bütün özümüzü yarışlara həsr edib, bizdən olan hər şeyi edirdik ki, bütün dünyaya nəyə qadir olduğumuzu sübut edək. İndi isə Bakı da Olimpiya Oyunlarını keçirməyə hazırdı.  

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220