[b]Azərbaycan atleti qızıl medal qazandı[/b]
12.07.2015 - 16:20
[b]Azərbaycan atleti qızıl medal qazandı[/b]

Azərbaycan atleti Hayle İbrahimov XXVIII Yay Universiadasında qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, Koreya Respublikasının Kvancu şəhərində keçirilən yarışlarda təmsilçimiz kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.

 

Yarışda 2-ci yeri mərakeşli Züheyr Təlbi (14.02,06), 3-cü yeri isə rusiyalı Rinas Axmadeyev (14.05,88 dəq.) tutub.

 

Qeyd edək ki, Hayle Universiadaların rekordçusudu. O, 2013-cü ildə keçirilən yarışda məsafəni 13 dəqiqə 35,89 saniyəyə qət etmişdi.

 

Yarışlara iyulun 14-də yekun vurulacaq.

0