SİZİN REKLAM BURADA

Rövnəq Abdullayev: O gün olsun, bu uğuru futbolçularımız da göstərsinlər

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı-2015 I Avropa Oyunlarında medal qazanan “Neftçi İdman Klubu”nun idmançılarını qəbul edib. Apasport.az saytının məlumatına görə, baş tutan görüşdə paytaxt təmsilçisinin çıxışı yüksək qiymətləndirilib.

 

Abdullayev bildirib ki, “Neftçi İdman Klubu”nun idmançılarının göstərdiyi uğur qürurvericidi: “Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadı. I Avropa Oyunlarında “Neftçi”nin idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiz”.

 

Eyni zamanda AFFA-nın da prezidenti olan Rövnəq Abdullayev futbolçularımızın da analoji uğuru qazanmasını arzuladığını bildirib: “O gün olsun, bu uğurlu nəticəni futbolçularımız da göstərsinlər”.

 

Qeyd edək ki, I Avropa Oyunlarına 79 idmançı ilə qatılan “Neftçi İdman Klubu” 16 medal (6 qızıl, 5 gümüş, 5 bürünc) qazanıb. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220