[b]“Bu amil “Qarabağ”a bir neçə qol vurmağımıza kömək edəcək”[/b]
27.07.2015 - 09:26
[b]“Bu amil “Qarabağ”a bir neçə qol vurmağımıza kömək edəcək”[/b]

“Komandamızı qarşıda çox vacib qarşılaşma gözləyir. Bu matçı bizim üçün böyük oyun da adlandırmaq olar. Biz yüksək səviyyədə oynamağa layiq olduğumuzu sübut etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun futbolçusu Qari Makkey-Stiven deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Qlazqo təmsilçisinin futbolçusu qrupa qədər irəliləmək iddiasında olduqlarını bildirib: “Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidi. Biz buna hazırlaşırıq. Hiss edirəm ki, bunu bacaracağıq. “Qarabağ” güclü komandadı. Lakin mən “Seltik”ə böyük uğurlar yaşamaq üçün gəlmişəm. Ötən mövsüm komandamız Avropa Liqasında çıxış edirdi. Lakin Çempionlar Liqası tam fərqli yarışdı. Əminəm ki, “Qarabağ”la ilk oyunda yaxşı nəticə əldə edib, qrupa doğru ilk addımı ataq”.

 

Makkey-Stiven iyulun 29-da baş tutacaq ilk qarşılaşmada azarkeşlərin dəstəyinə güvənir: “Qarabağ”la qarşılaşma çox çətin olacaq. Bizi ciddi sınaq gözləyir. Bu üzdən bütün bacarığımızı nümayiş etdirməliyik. İlk oyunu öz meydanımızda keçirəcəyik. Ümid edirəm ki, dolu tribunalar önündə çıxış edəcəyik. Azarkeşlər bizim 12-ci oyunçu qismində dəstəkləyəcək. Bu amil “Qarabağ”a bir neçə qol vurmağımıza kömək edəcək”.

 


 

0