[b]“Fənərbaxça”nın futbolçusu: Bizi Azərbaycana uzaq səfər gözləyir[/b]
27.07.2015 - 10:44
[b]“Fənərbaxça”nın futbolçusu: Bizi Azərbaycana uzaq səfər gözləyir[/b]

“DÇ-2018-in seçmə mərhələsinin püşkatmasının nəticələrindən razı qaldım. Çünki daha pis ola bilərdi. Bəzi səbətlərdə daha güclü rəqiblərin düşməsi mümkün idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya millisinin futbolçusu Mixal Kadlets deyib.


Türkiyənin “Fənərbaxça” klubunun 31 yaşlı müdafiəçisi DÇ-2018-in seçmə mərhələsinin püşkatmasının nəticələrini şərh edib. Kadlets Azərbaycan, Almaniya, Norveç, Şimali İrlandiya və San-Marino ilə birlikdə yer aldıqları qrupu dəyərləndirib: “Qrupumuzun aşkar favoriti Almaniyadı. Bundestimlə qarşılaşmanı səbirsizliklə gözləyirəm. Çünki mən yarı çex, yarı almanam. Bilirəm ki, onlar meydanda heç kimə güzəştə etməyəcək. Amma biz onlardan da xal ala bilərik. Yalnız ikinci yer uğrunda mübarizə aparmağımız düzgün olmaz. Biz 1-ci olmaq üçün də çalışacağıq. Norveç bizim üçün çox pis rəqibdi. Onlarla son qarşılaşmalarımız da bunu göstərir. Azərbaycan heç də münasib komanda deyil. Çünki bizi bu ölkəyə uzaq səfər gözləyir. Şimali İrlandiya isə çox sərt futbol oynayır. Hətta San-Marino ilə qarşılaşma da asan olmayacaq”.


Qeyd edək ki, Kadlets Çexiya millisində 60 oyun keçirib, 8 qol vurub.

 

0