Prosineçkidən köməkçilərinə tapşırıq
27.07.2015 - 12:48
Prosineçkidən köməkçilərinə tapşırıq

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qordan Tsipriç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” oyununa, Yanko Yankoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Atletik” (İspaniya) – “İnter” matçına təyinat alıb.

 

Elxan Abdullayev isə “Apollon” (Kipr) – “Qəbələ” qarşılaşmasına baxacaq.

 

Qeyd edək ki, “Qarabağ” qeyd olunmuş oyunu iyulun 29-da, “İnter” və “Qəbələ” isə iyulun 30-da keçirəcək.

 

0