“Ronaldonun “Mançester Yunayted”ə qayıtması mümkün deyil”
27.07.2015 - 13:08
“Ronaldonun “Mançester Yunayted”ə qayıtması mümkün deyil”

Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo “Mançester Yunayted”ə qayıtmayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “mankunianlar”ın baş məşqçisi Lui van Qal məlumat verib.

 

O bildirib ki, Ronaldonu almağa maddi gücləri çatmaz: “Barselona”da Lionel Messi, Neymar və Luis Suares var. Bizə də ulduz futbolçu lazımdı, böyük transferlər edilməlidi. Ancaq indidən deyim ki, Ronaldonun “Mançester Yunayted”ə qayıtması mümkün deyil. Bunun səbəbi maddi imkanımızla bağlıdı. Transferlər üçün bəlli məbləğ ayrılıb ki, onunla Ronaldonu almaq mümkünsüzdü”. 

0