Serxio Ramos qərarını verdi
27.07.2015 - 15:30
Serxio Ramos qərarını verdi

Madrid “Real”ının kapitanı Serxio Ramos klubun prezidenti Florentino Pereslə görüşüb. Apasport.az saytı xəbər verir ki, Çində bir araya gələn tərəflər yeni müqavilə barəsində razılığa gəliblər.

 

Bir müddət öncə yayılan xəbərlərdə Ramosun “Real” rəhbərliyindən 10 milyon avro illik məvacib tələb etdiyi bildirilirdi. Bu mənada, təcrübəli müdafiəçinin adı müxtəlif klublarla birgə hallanırdı. Lakin futbolçu bu məlumatı təkzib edərək, onun üçün pulun əsas rol oynamadığını və Madrid klubunda özünü xoşbəxt hiss etdiyini bildirib.

 

29 yaşlı futbolçu ilə tezliklə yeni müqavilə imzalanacaq.

 

Qeyd edək ki, “Sevilya”nın yetirməsi olan Ramos 2005-ci ildən “Real”ın formasını geyinir. O, “kral klubu”nun heyətində bu vaxta qədər 445 oyunda 55 qola imza atıb. 

0