[b]"Şaxtyor" İstanbuldan heç-heçə ilə dönür[/b] - YENİLƏNİB
29.07.2015 - 00:56
[b]"Şaxtyor" İstanbuldan heç-heçə ilə dönür[/b] - YENİLƏNİB

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

 

Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə “Fənərbaxça”sı Ukrayna “Şaxtyor”u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.

 

Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.

 

Bundan başqa, Rusiya MOİK-inin Çexiya “Sparta”sı, “Panatinaikos”un (Yunanıstan) Belçika “Beügge”si ilə qarşılaşmaları da maraqlı olub. “Monako” isə İsveçrədə “Yanq Boyz”un qonağı olub.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

İlk oyunlar

 

 

MOİK (Rusiya) - “Sparta” (Çexiya) - 2:2

Qollar: Dzaqoyev, 14, Tosiç, 53 - Fatai, 15, Kreyçi, 57

 

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2

Qollar: Salihi, 50, 73

 

“Midtyulland” (Danimarka) - APOEL (Kipr) - 1:2

Qollar: De Vinsenti, 30, 33

 

“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2

Qollar: İtzaki, 79 - Mahmutoviç, 17, Petrjela, 21

 

“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna) - 0:0

 

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika) - 2:1

Qollar: Berq, 37, Karelis, 65 - Mbombo, 16

 

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3

Qollar: Nuzzolo, 74 - Kurzava, 64, Karilla, 72, Pasaliç, 75

 

“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1

Qollar: Vinisius, 89 - Luyiks, 56 (öz qapısı)

 

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1

Qollar: Henrikez, 18 - Kamara, 21

 

0