[b]“Qarabağ” Azərbaycan yığması deyil” – “Seltik”in futbolçusu[/b]
27.07.2015 - 17:02
[b]“Qarabağ” Azərbaycan yığması deyil” – “Seltik”in futbolçusu[/b]

“Qarabağ”ın bəzi futbolçularına qarşı oynamışam. Norveç yığmasının heyətində Azərbaycanla görüşdə bu komandanın da bir neçə futbolçusu çıxış edirdi. Yadımdadı, “Qarabağ”ın üzvləri döyüşkən oyun göstərmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun futbolçusu Stefan Yohansen deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Seltik”in norveçli oyunçusu ölkəsinin mətbuatına müsahibə verib.

 

“Qarabağ” haqda müsbət fikirlər səsləndirən Yohansen çətinliklə üzləşəcəklərini bildirib: “Qarabağ”a qalib gəlmək üçün fiziki cəhətdən güclü olmalıyıq. Onlar futbol oynamağa çalışırlar. Eyni zamanda, rəqibə oynamağa imkan vermirlər. Biz də “Qarabağ” kimi topla oynamağa üstünlük veririk. Bu mənada, düşünürəm ki, çətinliklə üzləşəcəyik. Bir də ki, “Qarabağ” Azərbaycan yığması deyil. Heyətlərində bir neçə braziliyalı futbolçu çıxış edir. Bundan əlavə, ispaniyalı oyunçusu da var. Onlar matçın taleyini həll edə bilərlər”.

 

Yohansen vaxtilə “Qəbələ”də oynamış Con Kollinsdən “Qarabağ” haqda məlumat topladığını qeyd edib: “Kollinslə danışdım. O da “Qarabağ”ın yaxşı komanda olduğunu dedi. Rəqibi təhlil edirik. Yaxşı olar ki, mübarizənin taleyini ilk görüşdə həll edək. Səfərdəki oyunda da mütləq qol vurmağa çalışmalıyıq. Əsas odu ki, öz oyunumuzu göstərə bilək. Əgər bunu bacarsaq, növbəti mərhələyə adlaya bilərik”.

 

0