“Zirə” daha bir legionerlə anlaşdı - FOTO
27.07.2015 - 23:05
“Zirə” daha bir legionerlə anlaşdı - FOTO

“Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, Türkiyədə təlim-məşq toplanışında olan komandanın  heyətindəki legionerlərin sayı 4-ə çatıb.

 

Yovan Krnetanın ardından Rihairo Muelenslə də müqavilə bağlanıb. Meneceri ilə birgə komandanın Ərzurumdakı düşərgəsinə gələn hollandiyalı futbolçu ilə 2 illik anlaşmaya imza atılıb. 28 yaşlı hücumçu son mövsüm Rumıniyanın “Rapid” klubunda çıxış edib. Buxarest təmsilçisinə qədər ölkəsində forma geyinib. Karyerasını doğulduğu Apeldorn şəhərinin komandasında başlayan “Riko” ləqəbli forvard bundan sonra Hollandiyanın tanınan klublarında da çıxış edib.

 

Muelens “Vitess”lə “Roda”danın da formasını geyinib və ümumilikdə Jupiler Liqada 23 qol vurub, 22 dəfə isə qol ötürməsi edib.

 

Riko həm də Kuraçao yığmasının də şərəfini qoruyur. KONKOKAFDA mübarizə aparan Kuraçao son iki dünya çempionatının seçmə mərhələsində təmsil olunub. Riko isə yığma komandada keçirdiyi 9 oyunda 3 qol vurub. Universallığı ilə seçilən Muelens hücumun cinahlarında və mərkəzində oynamağı bacarır.

0