[b]“Barselona” braziliyalı futbolçu ilə razılaşdı[/b] - FOTO
28.07.2015 - 09:05
[b]“Barselona” braziliyalı futbolçu ilə razılaşdı[/b] - FOTO

“Barselona” daha bir transferini rəsmiləşdirmək üzrədi. Apasport.az saytı xəbər verir ki, kataloniyalılar Braziliyanın “Fluminense” klubunda çıxış edən Jersonla razılığa gəliblər.

 

“Fluminense”  rəhbərliyi bu transferə qarşı çıxmasa, “Barsa” yaxın günlərdə 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.

 

Bu transferdən braziliyalıların 15-20 milyon avro qazanacağı bildirilir.

 

Qeyd edək ki, “Fluminense”nin öz yetirməsi olan Jerson bu ildən əsas komandada çıxış edir. 

0