[b]"İnter" Bilbaoya getdi, Nikolov isə sponsor axtarır [/b]
28.07.2015 - 09:22
[b]"İnter" Bilbaoya getdi, Nikolov isə sponsor axtarır [/b]

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində iyulun 30-da “Atletik”in qonağı olacaq “İnter” Azərbaycanı artıq tərk edib. Apasport.az saytı xəbər verir ki, “bankirlər” çarter reysi ilə İspaniyaya yola düşüblər.

 

Albaniya və İslandiya səfərlərində iştirak etməyən “İnter”in prezidenti Georgi Nikolovun Bilbaoya gedəcəyi gözlənilirdi. Lakin bolqarıstanlı yenə komandasını tək buraxıb.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, sponsor danışıqları aparan Nikolov bu səbəbdən komanda ilə birgə Bilbaoya gedə bilməyib. Onun oyun günü İspaniyaya yollanacağı istisna deyil.

 

Qeyd edək ki, “San Mames” stadionunda keçiriləcək “Atletik” – “İnter” görüşü Bakı vaxtı ilə 23:45-da başlayacaq.    

0