[b]“Neftçi” ikinci matçında qələbə qazandı [/b] - YENİLƏNİB
28.07.2015 - 21:30
[b]“Neftçi” ikinci matçında qələbə qazandı [/b] - YENİLƏNİB

Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubu ilə qarşılaşıblar.

 

Türkiyədəki ilk yoxlama matçında “Alanyaspor”la heç-heçə (1:1) edən paytaxt klubu budəfəki görüşü qələbə ilə başa vurub.

 

"Ağ-qaralar"ın heyətində müdafiəçilər Aylton və Melli fərqləniblər.

 

Qeyd edək ki, “Neftçi” qardaş ölkədəki sonuncu yoxlama görüşünü iyulun 31-də “Antalyaspor”a qarşı keçirəcək.

 

 

Yoxlama oyunu

 

“Neftçi” (Azərbaycan) – “Əl-Faysali” (Səudiyyə Ərəbistanı) - 2:1

Qol: Aylton, 20, Melli, 90+3

 

Afyonkarahisar İdman Kompleksi.

 

“Neftçi”: Aqil Məmmədov, Melli, Elvin Bədəlov, Kamal Qurbanov, Ailton, Erik Ramos, Kaue, Rəhman Hacıyev, Araz Abdullayev, Samir Məsimov, Məhəmməd Qurbanov

0