[b]“Seltik” - “Qarabağ” matçında 0:1?[/b]
28.07.2015 - 09:45
[b]“Seltik” - “Qarabağ” matçında 0:1?[/b]

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirəcəyi gündə Azərbaycan klubları 6 avrokubok matçı keçirib. Apasport.az saytının məlumatına görə, Şotlandiya təmsilçisi “Seltik”lə Azərbaycan çempionu arasında keçiriləcək görüşə qədər

təmsilçilərimiz iyulun 29-da baş tutan 6 matçda yalnız 1 dəfə qalib gəlib.

 

Ümumilikdə, bu tarix uğursuz olsa da, “Qarabağ” üçün müsbət tendensiya müşahidə olunur. Belə ki, Ağdam təmsilçisinin iyulun 29-da keçirdiyi oyunlarda qonaqlar 1:0 hesabı ilə qalib gəlir.

 

“Qarabağ” 5 il əvvəl Polşada “Visla”ya qalib gəlib – 1:0. Əyalət klubu 2004-cü ildə Slovakiya “Dukla”sı ilə ev matçında eyni hesabla uduzub. Bu nəticələrin ənənəsi davam etsə, Qlazqoda “Qarabağ” qalib gələcək.

 

İyulun 29-da xal qazanan digər Azərbaycan klubu “İnter”di. Bakılılar 2008-ci ildə “Partizan”la (Serbiya) heç-heçə edib - 1:1. 1998-ci ildə “Kəpəz” LKS-ə (Polşa) 1:3, “Dinamo” isə “Arceş”ə (Rumıniya) 0:2 hesabı ilə uduzub. 2004-cü ildə isə “Şəmkir” öz meydanında “Tbilisi”yə (Gürcüstan) yenilib - 1:4.

 

0