[b]“Atletik” problemlə üzləşdi[/b]
28.07.2015 - 10:01
[b]“Atletik” problemlə üzləşdi[/b]

Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan İspaniya “Atletik”i iyulun 30-da baş tutacaq ilk qarşılaşma öncəsi ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Bilbao təmsilçisi məşqlərini tam heyətlə keçə bilmir.

 

Belə ki, zədəli İnaki Uilyams və Mikel Riko hazırlıqlardan kənar qalıb. Uzun müddətdi eyni problemlə üzləşən İker Muniain və Yonas Ramalyo da baş məşqçi Ernesto Valverdenin sərəncamında deyil. “Atletik”in yeni tarnsferi Eneko Boveda da məşqlərə qatılmır.

 

“İnter”in rəqibi yeni mövsümün startı öncəsi heyətini də gücləndirmək istəyindədi. Bilbaolular Madrid “Atletiko”sunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi Raul Qarsianı icarəyə götürmək istəyir. Paytaxt təmsilçisi bunun əleyhinə olmasa da, tərəflər futbolçunun qərarını gözləyir.

 

 

0