[b]“Qəbələ” - Kiprdə bir məşq[/b]
28.07.2015 - 12:03
[b]“Qəbələ” - Kiprdə bir məşq[/b]

Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun keçiriləcəyi Larnaka şəhərinə sabah yollanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı iyulun 30-da baş tutacaq qarşılaşmadan bir gün əvvəl Kiprə getməyə qərar verib.

 

“Qırmızı-qaralar” Bakı vaxtı ilə saat 16:00-da Larnaka beynəlxalq hava limanına çatacaq. Kiprdə cəmi bir məşqə çıxacaq komanda oyunöncəsi son hazırlığı matçın keçiriləcəyi “Antonis Papadopulos” stadionunda baş tutacaq.

 

“Qəbələ”nin məşqi saat 23:00-da başlayacaq. Bundan 30 dəqiqə əvvəl isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.

 

Qeyd edək ki, iyulun 30-da “Antonis Papadopulos” stadionunda keçiriləcək “Apollon” – “Qəbələ” oyunu saat 22:00-da başlayacaq.

0