Joze Mourinyo: Ən güclü futbolçu odu
28.07.2015 - 12:38
Joze Mourinyo: Ən güclü futbolçu odu

Eden Azarı İngiltərə çempionatının ən güclü futbolçusu hesab edirəm. Jurnalistlər də onu Premyer Liqanın ötən mövsümünün ən yaxşısı seçdilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo deyib.

 

“Zadəganlar”ın aparıcı üzvü Eden Azar haqda danışan portuqaliyalı çalışdırıcı onu tərifləyib: “İki il öncə Çempionlar Liqasında yarımfinala qədər irəlilədik. “Atletiko” ilə ilk görüşdə Azar oynamadı, cavab matçına isə zədəli çıxdı. Yəni vacib məqamda onun xidmətindən istədiyimiz kimi, yararlana bilmədik. Keçən mövsüm isə ÇL-də uğursuz çıxış etdik. Azar Çempionlar Liqasının yeni mövsümündə özünü daha yaxşı göstərməlidi. Demirəm, turnirin qalibi olmalıdı, amma ən azından, layiqli oyun sərgiləməlidi. İstənilən halda, o, möhtəşəm oyunçudu”. 

0