“Qəbələ”nin rəqibində ciddi itki
28.07.2015 - 15:27
“Qəbələ”nin rəqibində ciddi itki

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qəbələ”nin rəqibi olan “Apollon” itki ilə üzləşib. Apasport.az saytı Kipr mətbuatına istinadən xəbər verir ki, Limassol təmsilçisinin serbiyalı yarımmüdafiəçisi Luka Stoyanoviç sıradan çıxıb.

 

21 yaşlı futbolçu məşq zamanı topuğundan zədə alıb. Həkimlər tibbi müayinədən keçən Stoyanoviçin müalicə olunmağını zəruri hesab ediblər.

 

Bu isə o deməkdi ki, gənc futbolçu iyulun 30-da “Qəbələ” ilə görüşdə komandasına kömək edə bilməyəcək. Onun 1 həftə sonra keçiriləcək cavab matçında da iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Antonis Papadopulos” stadionunda keçiriləcək“Apollon” – “Qəbələ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

0