[b]Yığmamız UEFA-nın turnirində[/b]
28.07.2015 - 15:59
[b]Yığmamız UEFA-nın turnirində[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması  beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Moldovanın Kişinyov şəhərində keçiriləcək UEFA-nın İnkişaf turnirində qüvvəsini sınayacaq.

 

Bu gün start götürəcək turnirdə Moldova, Latviya və Bolqarıstan yığmaları da mübarizə aparacaq. Dairəvi sistemlə keçiriləcək turnirdə komandamızın ilk rəqibi meydan sahibləri olacaq.

 

28 iyul

20:00 Moldova – Azərbaycan

 

29 iyul

20.00 Azərbaycan – Latviya

 

31 iyul

12.30 Bolqarıstan – Azərbaycan 

 

0