[b]“Azərbaycan millisini yaxşı tanıyırıq”[/b] - Maykl O`Nil
28.07.2015 - 16:14
[b]“Azərbaycan millisini yaxşı tanıyırıq”[/b] - Maykl O`Nil

“Daha çətin qrupa düşə bilərdik. A qrupu buna bariz nümunədi. Odu ki, gileylənməməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil deyib.

 

DÇ-2018-nin seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparacaq britaniyalıların çalışdırıcısı rəqibləri dəyərləndirib.

 

Təcrübəli çalışdırıcı hamı kimi, qrupun favoriti qismində Almaniyanı görür: “Favorit Almaniyadı. Onlar qrupun lideri olmağa çalışacaqlar. Bu da başadüşüləndi, çünki Almaniya son dünya çempionudu”.

 

Millimiz barədə də danışan O`Nil DÇ-2014-ün seçmə mərhələsində yığmamızla oyunlarda qeydə alınan nəticələri xatırlayıb: “Çexiya adətən seçmə mərhələlərdə yaxşı çıxış edir. Onlarda həmişə istedadlı futbolçular olub Çexiya yığması döyüşkən komandadı. Norveçin o qədər də güclü olduğunu düşünmürəm. Azərbaycan millisini isə yaxşı tanıyırıq. Onlarla son dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Həmin oyunlarda qeydə alınan nəticələr bizim üçün ürəkaçan olmamışdı. Ancaq indi daha güclü komandayıq. Bizi yenə çətin görüşlər gözləyir. Azərbaycan yığmasının Prosineçki kimi məşqçisi var. Bu mənada, yenidən onlarla qarşılaşmaq bizim üçün maraqlı olacaq. San Marinoya da hörmətlə yanaşırıq. Bununla belə, onlarla hər iki oyunda inamlı qələbə əldə edəcəyimizi düşünürəm”.

 

0