[b]“Levski”nin sabiq futbolçusu “Neftçi”də[/b]
28.07.2015 - 16:18
[b]“Levski”nin sabiq futbolçusu “Neftçi”də[/b]

Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışında olan “Neftçi” baxışa daha bir futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi.

 

28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets", "Nafteks", "Sliven 2000", "Lyubimets 2007", "Minyor” (Pernik) və "Beroe” klublarında çıxış edib. Onun sonuncu komandası "Levski” olub.

 

Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

 

Mənbə: neftchipfk.com

0