[b]“Azəryol” mövsümə yeniliklə start verəcək - FOTO[/b]
28.07.2015 - 17:05
[b]“Azəryol” mövsümə yeniliklə start verəcək - FOTO[/b]

“Azəryol” voleybol klubu 2014/2015 mövsümünə yeniliklə başlayacaq. Apasport.az saytının məlumatına görə, Super Liqa ilə yanaşı, CEV kubokunda çıxış edəcək Bakı təmsilçisi loqosunu dəyişib.

 

Ötən illə müqayisədə komandanın yeni rəmzində paytaxtımızın görməli yerləri öz əksini tapıb. Belə ki, loqoda voleybol topu üzərində komandanın adı, ən yuxarı hissəsində isə Bayraq Meydanı, Teleqüllə, Heydər Əliyev adına Hava Limanı, Alov qüllələri, Hökumət Evi və Heydər Əliyev Mərkəzinin şəkilləri yer alıb. 4 yaşlı klubun rəmzinin rəngində də dəyişiklik edilib. 

 

Qeyd edək ki, “Azəryol” ötən il loqosunu dəyişib, əlində voleybol topu olan bəbir etmişdi. 

0