İki qələbə, iki məğlubiyyət
28.07.2015 - 17:48
İki qələbə, iki məğlubiyyət

Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan klublarının III təsnifat mərhələsinin ilk oyununa çıxacağı gün təmsilçilərimiz üçün fərqli nəticələrlə əlamətdardı. Apasport.az saytının məlumatına görə, indiyədək komandalarımız bu tarixdə 4 dəfə meydana çıxıb.

 

Təmsilçilərimiz bu tarixdə iki qələbə qazanıb, iki məğlubiyyət alıb. Bunların ikisi 1997-ci ildə qeydə alınıbsa, digərləri son illərə təsadüf edib. 18 il öncə “Vidzev”in (Polşa) qonağı olan “Neftçi” 0:8, “Yablonets”i (Çexiya) qəbul edən “Qarabağ” 0:3 hesabı ilə uduzub.

 

Ağdam təmsilçisi iyulun 30-da daha iki dfə meydana çıxaraq, hər ikisindən qalib ayrılıb. 2009-cu ildə səfərdə “Honka” (Finlandiya) üzərində 1:0 hesablı qələbə qazanan ağdamlılar ötən il Bakıda “Zalsburq”dan (Avstriya) güclü olub - 2:1.

 

Qeyd edək ki, iyulun 30-da “Qəbələ” Kiprdə “Apollon”un, “İnter” İspaniyada “Atletik”in qonağı olacaq.

 

 

0