[b]“Qəbələ”nin aparıcı futbolçusu zədələndi, Kiprə getməyəcək[/b]
28.07.2015 - 20:44
[b]“Qəbələ”nin aparıcı futbolçusu zədələndi, Kiprə getməyəcək[/b]

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin Kipr "Apollon"u ilə keçirəcəyi ilk oyunu öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın rumıniyalı yarımmüdafiəçisi George Floresku son məşqlərdən birində qasıq nahiyəsindən zədələnib.

 

Həkimlər onun bir həftəyədək məşq etməsinə icazə verməyiblər. Bu səbəbdən rumıniyalı legioner komanda ilə birgə səfərə çıxmayacaq.

 

31 yaşlı oyunçu çox güman ki, cavab matçını da buraxmalı olacaq.

0