[b]“Qəbələ” nə vaxt yola düşür?[/b]
28.07.2015 - 22:47
[b]“Qəbələ” nə vaxt yola düşür?[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub. Apasport.az saytının məlumatına görə, üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” bugünkü çalışmayla hazırlıqların bu mərhələsini bitirib.

 

Sabah səhər saat 11:00-da komandamız Kiprin Nikosiya şəhərinə yollanacaq. Təxminən Bakı vaxtı ilə saat 16:00-da Kiprin paytaxtına çatacaq “qırmızı-qaralar” “Hilton Nikosia” otelində məskunlaşacaq.

 

“Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

0