[b]"Qarabağ" uduzdu, amma şansını saxladı - YENİLƏNİB[/b]
30.07.2015 - 00:35
[b]"Qarabağ" uduzdu, amma şansını saxladı - YENİLƏNİB[/b]

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Şotlandiyada “Seltik”in qonağı olub.

 

 

Hər iki komandanın qarşılıqlı hücumları ilə başlayan matçın ilk hissəsində qol olmayıb. İkinci hissədə təzyiqi bir az da artıran "Qarabağ" səfər komandası olmağına baxmayaraq inamlı təsir bağışlayırdı. Ancaq ələ düşən vəziyyətlərdən istifadə edə bilməyən ağdamlılar sona yaxın cəzalandılar.

 

Qarşılaşmanın 82-ci dəqiqəsində Boyata ev sahiblərini önə keçirdi. Sonrakı dəqiqələrdə bütün cəhdlərə baxmayaraq başqa qol olmadı.

 

Minimal hesabla məğlub olan Qurban Qurbanovun yetirmələri cavab qarşılaşması üçün şanslarını saxlayırlar.

 

Qeyd edək ki, “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 5-də keçiriləcək.

 

 

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

 

 

"Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0

Qol: Boyata, 82

 

 

Baş hakim: Robert Şörgenhofer

Yan xətt hakimləri: Mattias Vinsauer, Rixard Hübler

Dördüncü hakim: Dominik Ouşan (hamısı Avstriya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya)

Qlazqo. “Seltik Park” stadionu

 

“Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İzagire, 5. Virgil van Diyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skot Braun, 14. Stüart Armstronq, 16. Qari Meki Steven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi

Ehtiyat oyunçular: 26. Loqan Baili, 4. Efe Ambrose, 22. Saidi Yanko, 15. Kris Kommons, 18. Tom Roqic, 49. Ceyms Forest, 9. Leyq Qriffits

Baş məşqçi: Ronni Deyla

 

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, , 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

90+5 Oyun bitdi, "Qarabağ" məğlub oldu

90+4 Lustiq Rəşad Sadıqova qarşı kobud oynayır

90+2 Kommons Elvin Məmmədova qarşı kobud oynayır, sarı vərəqə ilə cəzalanır

87` "Qarabağ"ın yeni transferi Pupon Əl Harbini əvəz edir

86` Almeydanın ötürməsi, Elvin çərçivəyə düşə bilmir

85` Yohansen Elvinə qarşı kobud oynayır

85` Reynaldonun zərbəsi alınmır

82` QOL. "Seltik" hesabı açır. Boyata fərqlənir

82` Dani Kintananı Coşqun Diniyev əvəzləyir

80` Elvin Məmmədovun zərbəsi rəqib müdafiəçilərdən dönür

73` Cavid Tağıyevi Elvin Məmmədov əvəzləyir

70` Reynaldonun zərbəsi qapıdan yan keçir

68` Van Diykin zərbəsi, Şehiç komandanı xilas edir

66` Yohansen cərimə zərbəsini yetirir

65` Qara Qarayev Bitona qarşı kobud oynayır

62` Ansi Aqolli sarı vərəqə ilə cəzalandırılır

60` Nadir Çiftçinin təhlükəli zərbəsini Şehiç dəf edir

55` "Qarabağ" ard-arda iki küncdən zərbə yerinə yetirir

52` Almeyda rəqibə qarşı kobud oynayır

51` "Qarabağ" küncdən zərbə vurur

46` İkinci hissə başladı

 

45+3` İlk hissə bitdi.

45` Hakim oyunun ilk hissəsinə 3 dəqiqə əlavə edir

45` İlqar Qurbanovun zərbəsi qapıçı Qordonda qaldı

44` Van Diyk Cavidə qarşı kobud oynayır

43` Dani Kintana Nadir Çiftçiyə qarşı kobud oynayır

41` Yohansenin qapıya doğru zərbəsi Aqollidən qayıdır

36` "Seltik"in heyətində İzagirre sarı vərəqə ilə cəzalanır

34` Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi vuracaq

30` Almeydanın zərbəsi qapıdan yan keçir

24` Makey Stivenin zərbəsi,Şehiç "Qarabağ"ı qoldan xilas edir

15` Cavid Tağıyevin zərbəsi müdafiəçidən qayıdır

5` Reynaldo cərimə zərbəsini vurur, canlı səddə dəyən top küncə çıxır 

1` Oyun başladı

0