[b]“Yaxşı ki, sonda qələbə qazana bildik”[/b] - [b]Aylton[/b]
29.07.2015 - 00:29
[b]“Yaxşı ki, sonda qələbə qazana bildik”[/b] - [b]Aylton[/b]

“Oyun çox yaxşı keçdi. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı müdafiəçisi Aylton deyib.

 

Türkiyə hazırlığı çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Faysali” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verən müdafiəçi oyunu dəyərləndirib:

 

“Amma yaxşı ki, sonda qələbə qazana bildik. Məşqçimiz mümkün qədər çox top saxlamağı tələb edirdi, biz isə bunu yerinə yetirməyə çalışırdıq. Qələbənin davamını gətirmək üçün çox çalışmalıyıq”.

0