UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 6 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolsevərlərin diqqəti Şotlandiyada baş tutacaq “Seltik” – “Qarabağ” matçına yönəlsə də digər oyunlar da diqqət çəkib.
Digər görüşlərdə isə “Astana” “Hik”in, “Malmö” “Zalsburq”un, “Partizan” “Styaua”nın, “Bazel” “Lex”in, “Ayaks” isə “Rapid”in qonağı olub.
HİK (Finlandiya) - “Astana” (Qazaxıstan) - 0:0
“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - 2:0
Qol: Ulmer, 51
“Styaua” (Rumıniya) - “Partizan” (Serbiya) - 1:1
Qollar: Varela, 81 - Vuliçeviç, 62
“Lex” (Polşa) - “Bazel” (İsveçrə) - 1:3
Qollar: Tomalla, 36 - Lanq, 34, Yanko, 77, Kalla, 90+2
“Seltik” (Şotlandiya) - “QARABAĞ” (AZƏRBAYCAN) - 1:0
Qol: Boyata, 82
“Rapid” (Avstriya) - “Ayaks” (Hollandiya) - 2:2
Qollar: Kaynz, 48, Bernz, 76 - Klassen, 25, 43