“Rəvan”ın transfer siyahısındakı "dördlük"
29.07.2015 - 09:45
“Rəvan”ın transfer siyahısındakı "dördlük"

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Rəvan” ilk müqavilələri imzalamağa hazırlaşır. Apasport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, “aslanlar”la münasibətləri rəsmiləşdirəcək futbolçuların ilk siyahısı artıq bəllidi.

 

Bir vaxtlar milli üzləri olan Ramazan Abbasov və Fərid Quliyev, həmçinin Hüseyn Axundov hazırda “Rəvan”ın heyətində baxışdadılar. “Aslanlar”ın Zaqataladakı təlim-məşq toplanışında iştirak edən adıçəkilən oyunçular baş məşqçi Emin Quliyevin etimadını doğrultmağa çalışırlar. Onlarla hələlik müqavilə imzalanmasa da, hər 3 futbolçunun növbəti mövsümü “Rəvan”da keçirmək variantı real görünür.

 

Bundan əlavə, daha bir futbolçu tezliklə “Rəvan”la müqaviləyə qol çəkəcək. Söhbət “Bakı” klubunun yetirməsi Vüqar Bəybalayevdən gedir. Gənc yarımmüdafiəçi də artıq “Rəvan”ın düşərgəsinə qoşulub və komanda ilə birgə məşqlərdə iştirak edir.   

 

 

0