[b]“Qəbələ”nin bəyənmədiyi futbolçu Yunanıstan klubuna keçdi[/b]
29.07.2015 - 13:49
[b]“Qəbələ”nin bəyənmədiyi futbolçu Yunanıstan klubuna keçdi[/b]

Mövsümlərarası fasilədə “Qəbələ”dən ayrılan daha bir futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 2014-2015 mövsümünü “qırmızı-qaralar”ın heyətində keçirmiş Pavol Farkaş Azərbaycanı tərk etdikdən sonra Yunanıstana yollanıb.

 

Belə ki, slovakiyalı müdafiəçi bu ölkənin “Ksanti” klubu ilə müqavilə imzalayıb. 30 yaşlı futbolçu bundan sonra Yunanıstan Superliqasında çıxış edəcək.

 

Qeyd edək ki, Slovakiya yığmasının heyətində 2 oyun keçirmiş Farkaş “Qəbələ”yə qədər “Nitra”, “Petrjalka”, “Vasluy”, “Kyevo” və “Ternana” klublarının formasını geyinmişdi.

 

 

0