“Azərbaycan himnini səsləndirmək istəyirdim, alınmadı” - FOTO
29.07.2015 - 17:47
“Azərbaycan himnini səsləndirmək istəyirdim, alınmadı” - FOTO

“Çempion olub, Azərbaycan himnini səsləndirmək istəyirdim. Lakin alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan cüdoçusu Kəramət Hüseynov deyib.

 

O, Tiflisdə keçirilən Avropa Gənclərinin Olimpiya Festivalında çıxışını dəyərləndirib. 55 kq çəki dərəcəsinin final qarşılaşmasında moldovalı İon Mixaylova uduzan həmyerlimiz Türkiyə mətbuatına açıqlamasında bildirib ki, gümüş medal da uğurdu: “Qismətimizdə ikinci yer varmış. Fəxri kürsünün ikinci pilləsinə yüksəldiyim üçün də şadam”.

0