“İnter”in futbolçusu Bundesliqa yolunda
29.07.2015 - 20:32
“İnter”in futbolçusu Bundesliqa yolunda

"İnter"in yarımmüdafiəçisi Xerdan Şaqiri yenidən Almaniyada çıxış edə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Bavariya”nın sabiq futbolçusu ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır.

 

Bildirilir ki, 23 yaşlı isveçrəli futbolçu yenidən Bundesliqada çıxış etməyin əleyhinə deyil.

 

Qeyd edək ki, ötən mövsüm "İnter"İn əsas heyətə düşə bilməyən Şaqiri çıxdığı 35 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

0