[b]“Qarabağ” cütün taleyini öz xeyrinə həll etmək gücündədi”[/b]
30.07.2015 - 09:11
[b]“Qarabağ” cütün taleyini öz xeyrinə həll etmək gücündədi”[/b]

“Oyundan razı qaldım. Futbolçularımızın oyunu çox xoşuma gəldi. Nəticəni də müəyyən mənada qənaətbəxş saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

43 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə Şotlandiyadakı görüşü haqda fikirlərini bildirib. Qurbanov 0:1 hesablı məğlubiyyətə baxmayaraq oyundan razı qalıb: “Komandamız Bakıda qalib gəlməklə cütün taleyini öz xeyrinə həll etmək gücündədi. Düşünürəm ki, futbolçuların fərdi ustalığına görə biz daha yaxşıyıq. Daha güclü oyun keyfiyyətlərinə malikik. Səfər matçında qol vurmaq istəyirdik. Lakin alınmadı. Cavab oyununda bunu bacaracağımıza çox ümid edirəm”.

 

Qeyd edək ki, Qlazqoda keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Seltik” yeganə qolu 82-ci dəqiqədə vurub.

0