[b]İbrahim Şehiçin seriyası qırıldı[/b]
30.07.2015 - 10:11
[b]İbrahim Şehiçin seriyası qırıldı[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin avrokuboklardakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 qarşılaşmada qapısından qol buraxmayan bosniyalı Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə oyununda topu qapısında görüb.

 

Onu şotlandiyalıların futbolçusu Dedrik Boyata məyus edib. 82-ci dəqiqəyə təsadüf edən qolla qapıçının seriyası 441-də qırılıb.

 

Ötən mövsümün İtaliya “İnter”i ilə son qarşılaşmasında, həmçinin cari turnirin Monteneqro “Rudar”ı ilə II təsnifat mərhələsindəki hər iki oyununda qol buraxmayan Şehiç son dəfə topu qapısından 2014-cü il noyabrın 28-də çıxarıb. 243 gün əvvəl Fransada “Sent-Etyenn”lə qarşılaşmada (1:1) “Qarabağ”ı Rikki van Volfsfingel məyus edib. O, 21-ci dəqiqədə fərqlənmişdi.

 

0