[b]“Qarabağ”: Uğursuz nəticə və “Qəbələ” nümunəsi[/b]
30.07.2015 - 11:15
[b]“Qarabağ”: Uğursuz nəticə və “Qəbələ” nümunəsi[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin səfərdə keçirdiyi ilk oyununda 0:1 hesabı ilə uduzan “Qarabağ” bu taleyi yaşayan ilk Azərbaycan klubu deyil. Apasport.az saytının məlumatına görə, ölkə çempionunun Şotlandiyada “Seltik”ə uduzmasına qədər təmsilçilərimiz 8 dəfə belə halla üzləşib.

 

Klublarımızın avrokuboklardakı 21 illik çıxışına nəzər salsaq, səfərdən 0:1 hesablı məğlubiyyətlə qayıtmaq təmsilçilərimiz üçün daha çox uğursuzluqla nəticələnir. Belə ki, əvvəlki 8 belə haldan 7-də mərhələni rəqib komanda adlayıb.

 

Həmin yeganə istisna da ötən həftə gerçəkləşib. Serbiyada “Çukariçki”dən 1 cavabsız qol buraxan “Qəbələ” sindromu qıraraq, Bakıda 2:0 hesabı ilə qalib gəlib. Bunadək isə Azərbaycan komandaları heç vaxt 0:1 hesablı səfər yenilgisinin əvəzini çıxa bilməyib.

 

Düzdü, 1 dəfə oyunu penaltilər seriyasına daşımaq mümkün olub. Lakin “Bakı fəhləsi” bu “lotereya”da uduzub. 0:1-ə 2:1-lə cavab verən “Kəpəz” isə rəqibin səfər qolu sayəsində irəliləməsinə şahidlik edib.

 

Ümumiyyətlə isə qərblilər daha çox – 4 dəfə buna üzülüb. İki dəfə “Kəpəz” və eyni ayda matçda “Şəmkir” 0:1-in revanşını almağı bacarmayıb. “Bakı fəhləsi”, “Olimpik” və “Viləş” hərəyə 1 dəfə uğursuz revanş cəhdinə üzülüb.

 

“Qarabağ” isə ilk dəfədi belə vəziyyətlə üzləşir. Ağdamlılar özü kimi ölkə çempionu olan “Kəpəz” və “Şəmkir”in qitənin ən nüfuzlu klub turnirində yaşadığını təkrarlamamaq üçün “Qəbələ” nümunəsini davam etdirməlidi.
 

Azərbaycan klublarının səfərdəki ilk oyunu 0:1 hesabı ilə uduzduğu cütlər

mövsüm

kubok

oyun

Ilk matç

Cavab oyunu

qeyd

1997/98

KK

Dinaburq (Latviya) – Kəpəz

1:0

1:0

 

1998/99

İK

İnkaras (Litva) – Bakı fəhləsi

1:0

0:1 

p.5:4

1999/00

ÇL

Sloqa Yuqomaqnat (Makedoniya) – Kəpəz

1:0

1:2

Səfər qolu

2000/01

ÇL

Slaviya (Çexiya) – Şəmkir

1:0

4:1

 

2001/02

İK

Qrindavik ( İslandiya ) – Viləş

1:0

2:1

 

2004/05

UK

Tbilisi (Gürcüstan) – Şəmkir

1:0

4:1

 

2008/09

UK

Voyvodina (Serbiya) – Olimpik

1:0

1:1

 

2015/16

AL

Çukariçki (Serbiya) – Qəbələ

1:0

0:2

 

KK – kuboklar kuboku, İK – İntertoto kuboku, ÇL – Çempionlar liqası, UK- UEFA kuboku, AL – Avropa Liqası

0