Misir və Kanada yığması Bakıda - FOTO
30.07.2015 - 15:09
Misir və Kanada yığması Bakıda - FOTO

Bədii gimnastika üzrə Azərbaycan millisi dünya çempionatının hazırlıqlarına start verib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrda Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq mundaiala məşqlər Milli Gimnastika Arenasında keçirilir.

 

Komandamızın təlim-məşq toplanışında Kanada, Yeni Zelandiya, Estoniya, Qazaxıstan, Türkiyə, həmçinin Misir gimnastları da iştirak edirlər. Komandamızın lideri Marina Durunda, həmçinin Ayşən Bayramova, Gülsüm Şəfizadə, Zeynep Celepin qatıldığı hazırlığa bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva başçılıq edir.

 

Mühüm yarışlar və onlardan əvvəl keçirilən beynəlxalq turnirlər öncəsi ənənəyə çevrilmiş yoxlama məşq toplanışını Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İcraiyyə Komitəsinin digər üzvləri də izləyiblər. 

 

Qeyd edək ki, Afrika təmsil ilk dəfə paytaxtımızın qonağıdı.

0