Flamini “Qalatasaray”ın təklifini qəbul etmədi
30.07.2015 - 17:39
Flamini “Qalatasaray”ın təklifini qəbul etmədi

İngiltərənin “Arsenal” klubunun fransalı futbolçusu Matyu Flamini karyerasını Türkiyədə davam etdirməkdən imtina edib. Apasport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Qalatasaray”ın təklifinə “yox” deyib.

 

Flamini bildirib ki, “Arsenal”da qalmağa qərar verib: “Müqaviləmin sonuna qədər “Arsenal”da çıxış etmək istəyirəm. Gələn ilin yayına qədər sözləşməm var. Ola bilsin, müqaviləmi yenilədim”.

 

Qeyd edək ki, 2004-2008-ci illərdə “Arsenal”ın formasını geyinmiş Flamini daha sonra “Milan”a keçsə də, 2013-cü ildə yenidən London klubuna qayıdıb. 

0