Velosipedçimiz Olimpiya Festivalında 34-cü oldu - FOTOSESSİYA
30.07.2015 - 23:33
Velosipedçimiz Olimpiya Festivalında 34-cü oldu - FOTOSESSİYA

Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında velosiped yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparıb.

 

İyulun 30-da təmsilçilərimiz 71 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar. Velosipedçilərimizdən ən yüksək nəticəyə Mikayıl Səfərov imza atıb - o, yarış qalibindən 1 dəqiqə, 38 saniyə geri qalmaqla 100 nəfər arasında 34-cü nəticə göstərib - 1 saat, 41 dəqiqə, 35 saniyə. Kərim Şirəliyev 62-ci yeri tutub, Bakir Dadaşov isə toqquşma nəticəsində zədələndiyi üçün mübarizəni yarımçıq dayandırıb.

0