[b]“Hakim ədəbsiz jest göstərən futbolçunu cəzalandırmalı idi”[/b]
31.07.2015 - 09:54
[b]“Hakim ədəbsiz jest göstərən futbolçunu cəzalandırmalı idi”[/b]

“Güclü rəqibə qarşı fantastik oyun keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiprin “Apollon” klubunun baş məşqçisi Pedro Emanuel deyib.

 

Portuqaliyalı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə Larnakadakı ilk oyunu haqda fikirlərini açıqlayıb.

 

Emanuel evdəki 1:1 hesablı nəticədən sonra da mərhələ adlamaq iddialarının azalmadığını bildirib: “Ardıcıl 5-ci oyunda da qapımızı toxunulmaz saxlamaq istəyirdik. Amma sonda qol buraxdıq. Ümumilikdə, çox yaxşı iki  komandanın qarşılaşmasının şahidi olduq. Futbolçularım nəticədən çox məyusdu. Lakin hələ heç nə bitməyib. Biz səfərdə bacarığımızı tam ortaya qoyub, mərhələ keçməyə çalışacağıq. Hesab edirəm ki, “Apollon” bunu bacaracaq gücdədi. Hakim ədəbsiz jest göstərən rəqib futbolçunu cəzalandırmalı idi. Lakin referi bunu etmək əvəzinə oyunu dayandırdı”.

 

Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu avqustun 6-da keçiriləcək.

0