Dzeko “Roma” ilə anlaşdı
31.07.2015 - 11:06
Dzeko “Roma” ilə anlaşdı

“Mançester Siti”nin hücumçusu Edin Dzeko karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı forvard “Roma ilə anlaşıb.

 

Bosniya və Herseqovina millisinin üzvü artıq “canavarlar”la hərtərəfli razılıq əldə edib. Paytaxt klubu vaxt itirmədən “Mançester Siti” rəhbərliyi ilə danışıqlara başlayıb. Tərəflərin ortaq məxrəcə gəlməsi və Dzekonun yaxın günlərdə İtaliyaya köçməsi gözlənilir.

 

Qeyd edək ki, Edin Dzeko “Mançester Siti”yə 2011-ci ildə “Volfsburq”dan keçib.

0