[b]Dünya Taekvondo Federasiyasından Azərbaycana növbəti etimad[/b]
31.07.2015 - 11:31
[b]Dünya Taekvondo Federasiyasından Azərbaycana növbəti etimad[/b]

Dünya Taekvondo Federasiyası (DTF) Azərbaycan Taekvondo Federasiyasına (ATF) növbəti dəfə etimad göstərib. Apasport.az saytının məlumatına görə, DTF ATF-in vitse-prezidenti Nağı Səfərova məsul vəzifə həvalə edib.

 

Belə ki, beynəlxalq qurumun etimadına əsasən həmyerlimiz DTF-də Beynəlxalq Yarışların Təşkilat Komitəsinə üzv təyin olunub.

 

Qeyd edək ki, ATF-in prezidenti Kəmaləddin Heydərov da DTF-də vəzifə tutur. O, beynəlxalq qurumun vitse-prezidentidi. 

 
0