Anxel di Mariya PSJ-də!
31.07.2015 - 12:28
Anxel di Mariya PSJ-də!

“Mançester Yunayted”in yarımmüdafiəçisi Anxel di Mariyanın gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu PSJ-yə keçib.

 

İki klub arasında aparılan uzun müddətli danışıq, nəhayət ki, müsbət nəticələnib. “Mançester Yunayted”lə birlikdə ABŞ toplanışına yollanmayan ulduz futbolçunun PSJ-yə keçidinin bu gün rəsmən açıqlanması gözlənilir. Bu transfer ingilislərə 65 milyon avro qazandıracaq.

 

Qeyd edək ki, Anxel di Mariya “Mançester Yunayted”ə ötən il 75 milyon avro müqabilində “Real”dan keçmişdi.

0