Yığmamız Kişinyovdan darmadağınla qayıdır
31.07.2015 - 13:34
Yığmamız Kişinyovdan darmadağınla qayıdır

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan 17 yaşadək qızlar arasında UEFA-nın İnkişaf turnirində III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında Azərbaycan millisi bolqarıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

 

Təmsilçimizin üstünlüyü şəraitində keçən görüş 4:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Bununla, futbolçularımız yarışda çıxışını bitirib.

 

Turnirə isə Latviya – Moldova oyunu ilə yekun vurulacaq. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.   

 

1

Moldova

2

2

0

0

6-2

6

2

Azərbaycan

3

2

0

1

8-3

6

3

Latviya

2

1

0

1

2-3

3

4

Bolqarıstan

3

0

0

3

1-9

0

 

 

Qeyd edək ki, yığmamız ilk turda meydan sahiblərinə 1:3 hesabı ilə uduzsalar da, ardınca Latviyaya 3:0 hesabı ilə qalib gəlib. 

0