[b]“Zirə”nin öz “bomba”sı[/b]
31.07.2015 - 18:32
[b]“Zirə”nin öz “bomba”sı[/b]

Premyer Liqaya hazırlıqları davam etdirən “Zirə” daha bir oyunçu ilə güclənib. Apasport.az saytının məlumatına görə, debütant monteneqrolu futbolçu İqor İvanoviçi heyətinə cəlb edib.

 

Yarımmüdafiəçinin bu gün Bakıya gələrək yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir. Onunla ilkin olaraq bir illik müqavilə bağlanacaq.

 

Sentyabrda 25 yaşı tamam olacaq futbolçu UEFA Çempionlar Liqası II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Rudar”da çıxış edir.

 

Peşəkar karyerasına 2008-ci ildə “Zora”da başlamış futbolçunun əsas uğurları “Rudar”la bağlıdır.

 

2011/12 mövsümündə Plevliya təmsilçisinə qoşulan futbolçu burada keçidriyi ilk ildə 46 oyunda meydana çıxıb və 12 dəfə fərqlənməyə imkan tapıb. Sonrakı mövsümü “OFK Belqrad”da keçirən futbolçu bu komanda ilə 26 oyunda forma geyinib və 3 dəfə də rəqib qapısına yol tapıb.

 

2014-cü ildə yenidən “Rudar”a qayıdan İvanoviç son mövsümdə plevliyalılarla 26 oyunda 13 dəfə fərqlənib.

 

24 yaşlı futbolçu Monteneqronun U-21 milli komandasının da heyətində 3 oyun keçirməyə imkan tapıb.

0