“Arsenal” iki futbolçu ilə müqavilə yenilədi
31.07.2015 - 22:20
“Arsenal” iki futbolçu ilə müqavilə yenilədi

“Arsenal” iki oyunçusuyla yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “topçular” Teo Uolkott və Santi Kazorlayla müqavilə müddətini uzadıb. Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2019-cu ilin yayına kimi London klubunun şərəfini qoruyacaq.

 

Bu barədə “Arsenal”ın baş məşqçisi Arsen Venger klubun rəsmi saytına belə danışıb:

 

“Santi və Teo çox bacarıqlı futbolçulardı. Onlar komandaya lazımlı oyunçulardı. Hər ikisinin yeni müqavilə imzalamasına çox sevindim”.

 

Xatırladaq ki, Uolkott 2006-cı, Kazorla isə 2012-ci ildən “Arsenal”ın şərəfini qoruyur.

0