[b]Kamran Ağayevdən "şirin vəd"[/b]
02.08.2015 - 15:55
[b]Kamran Ağayevdən "şirin vəd"[/b]

“Mən dolu tribunalar qarşısında daha yaxşı motivasiya oluram. “Karşıyaka” azarkeşlərinin coşqusu məni atəşləyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

 

Türkiyənin PTT I Liqasında çıxış edən “Karşıyaka” ilə müqavilə imzalayan təcrübəli qapıçı yerli mətbuata açıqlamasında kluba tez alışdığını bildirib.

 

Azarkeşlərin “Kapıcılar Kralı” ləqəbi verdikləri Ağayev komandasının çempionluğun əsas namizədi olduğunu qeyd edib:

 

“Kayserispor”dan tanıdığım komanda yoldaşlarım və baş məşqçimiz Cüneyt Dumlupınar imza atmağımda böyük rol oynadı. Bu mövsüm çempionluğun əsas namizədlərindən biri biz olacağıq”.

 

Milli komandada çıxış etdyi müddətdə dəf etdiyi penaltilərlə diqqət çəkən Ağayev azarekşlərə “Karşıyaka” bu mövsüm penaltidən qol buraxmayacaq” sözü verib.

0