[b]Yığmamız oynamadan irəliləyir, rəqibləri mövqeyini itirir[/b]
03.08.2015 - 10:33
[b]Yığmamız oynamadan irəliləyir, rəqibləri mövqeyini itirir[/b]

Avqustun 6-da açıqlanacaq milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl dərc edilib. Apasport.az saytının məlumatına görə, bu siyahıda dünyanın 209 yığması yer alıb.

 

Sonuncu dəfə iyulun 9-da açıqlanan rəsmi siyahı ilə müqayisədə cədvəldə cüzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə matçların az olması ilə bağlıdı.

 

Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Həmin dövrdə meydana çıxmayan komandamızın xal hesabı dəyişməsə də, yığmamız irəliləyib. Belə ki, 302 xala malik milli 2 pillə yüksələrək, 106-cı yerə sahib çıxıb.

 

Millimiz və “qonşuları”
 

101 (103). Kanada - 323

102 (96). Niger - 312

103 (105). Makedoniya - 311

104 (111). Syerra-Leone - 304

105 (107). Antiqua və Barbuda – 303

106 (108). AZƏRBAYCAN – 302

107 (110). Litva - 301

108 (105). Qvatemala – 299

108 (112). Zimbabve - 299

110 (88). Salvador – 289

111 (114). Namibiya - 284

 

Siyahının ilk “onluğ”unda da dəyişikliklər diqqət çəkir. Son dünya çempionu və növbəti mudnialın seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan Almaniya 2-ci pilləni də əldən verib. Bundestimi bu mövqedən Belçika sıxışdırıb. Hollandiya isə 10 ən yaxşı arasındakı yerini itirib.


İlk “onluq”

1 (1). Argentina – 1425

2 (3). Belçika – 1244
3 (2). Almaniya – 1226
4 (4). Kolumbiya – 1218
5 (6). Braziliya – 1186

6 (7). Portuqaliya – 1177

7 (8). Rumıniya - 1166

8 (9). İngiltərə - 1157

9 (10). Uels - 1155        

10 (11). Çili – 1124

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən hamısının mövqeyi dəyişib. Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyibsə, Norveç, Bolqarıstan və Malta hərəyə 1 addım geriləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (14). Xorvatiya – 1023
16 (17). İtaliya – 1001
68 (67). Norveç - 495
69 (68). Bolqarıstan - 489
159 (158). Malta – 157
 

Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında irəliləyən olmayıb. Almaniya, Norveç və Şimali İrlandiya geriləyib, Çexiya ilə San-Marino isə mövqeyini qoruyub. Ümumiyyətlə isə iki tsikldəki 9 rəqibimizdən 2-si irəli, 5-i geri düşüb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (2). Almaniya – 1226

20 (20). Çexiya - 933

40 (37). Şimali İrlandiya - 721

68 (67). Norveç - 495
192 (192). San-Marino - 40


Türkiyə yığması hesabında olan 627 xalla 3 pillə irəliləyib. “Ay-ulduzlular” təxmini cədvəldə 45-cidi.

 

0