[b]Qurban Qurbanovla Ronni Deyla arasındakı 30 dəqiqəlik fərq[/b]
03.08.2015 - 12:26
[b]Qurban Qurbanovla Ronni Deyla arasındakı 30 dəqiqəlik fərq[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Seltik” matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandalar sabah oyunöncəsi son məşqə çıxacaq, eyni zamanda baş məşqçilərin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

 

Əvvəlcə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov jurnalistlər önünə çıxacaq. O, saat 20:30-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının önünə çıxacaq.

 

“Seltik”in baş məşqçisi Ronni Deyla isə 21:00-da jurnalistlərin suallarını cavablandıracaq. Şotlandların oyun öncəsi son məşqi saat 21:30-da baş tutacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” görüşü avqustun 5-də, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Şotlandiyadakı ilk oyunda “Seltik” 1:0 hesablı qələbə qazanıb.

 

0