[b]“Azərbaycanla oyunda xoşagəlməz vəziyyətlə üzləşə bilərik”[/b]
03.08.2015 - 12:56
[b]“Azərbaycanla oyunda xoşagəlməz vəziyyətlə üzləşə bilərik”[/b]

“Yer aldığımız qrupun aşkar favoriti Almaniyadı. Ancaq digər komandalar da təhlükəlidilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bazel” klubunun və Çexiya yığmasının qapıçısı Tomaş Vaçlik deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizlə birgə C qrupunda çıxış edəcək çexlərin qapıçısı rəqibləri dəyərləndirib.

 

Almaniyanın favorit olması ilə razılaşan 26 yaşlı qolkiper digər komandalar haqda da fikirlərini bölüşüb.

 

O, millimizlə matçda xoşagəlməz halla qarşılaşa biləcəklərini istisna etməyib: “Almaniya birincilik uğrunda yarışacaq. Bizim qrupdakı əsas rəqiblərimiz Norveç və Şimali İrlandiya yığmaları olacaq. Bu komandalar ikinci yeri tutmağa çalışacaqlar. Məncə, onlarla birlikdə pley-offa vəsiqə qazanmaq uğrunda mübarizəyə gücümüz çatar. O ki qaldı Azərbaycan və San Marino komandalarına, onlarla oyunlara da ciddi yanaşmalıyıq. Əks təqdirdə, xoş olmayan vəziyyətlə üzləşə bilərik”. 

0